27 noyabr 2024. Çərşənbə

UEFA-ya qoyulan qadağa aradan qaldırıldı


UEFA-ya qoyulan qadağa aradan qaldırıldı
Avropa Super Liqanın yaradıcısı olan klublarla bağlı qərar verilib. Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərarı Madrid məhkəməsi çıxarıb. Məhkəmənin qərarı ilə Super Liqanın yaradıcılarını cəzalandırmaqla bağlı UEFA-ya qoyulan qadağa aradan qaldırılıb.
 
Bu qadağa ləğv edildikdən sonra “Real”, “Barselona” və “Yuventus”a qarşı sanksiyalar qoyula bilər.
 
Məhkəmə iyunun 14-də davam etdiriləcək.
 
Ötən il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir