Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Tondela”nın Portuqaliya kubokunun finalındakı rəqibi müəyyənləşib. Corner.az xəbər verir ki, “Tondela” həlledici oyunda “Portu” ilə üz-üzə gələcək. “Portu” ötən gecə yarımfinalın cavab matçında “Sportinq”i 1:0 hesabı ilə məğlub edib. Komanda ilk oyunda da qələbə qazandığı üçün (2:1) finala yüksəlib.
“Tondela” ilə “Portu” arasında final görüşü mayın 22-də keçiriləcək. “Tondela” tarixində ilk dəfə finala yüksəlib.