Azərbaycan Autizm Assosiasiyası II Autizm Festivalı çərçivəsində idman yarışlarını davam etdirir. Ay ərzində autizmli uşaqlar arasında bocce, stolüstü tennis, velosiped, atletika yarışları təşkil olunub.
Corner.az xəbər verir ki, aprelin 25-i isə AFFA-nın dəstəyi ilə futbol turnirinin təşkili planlaşdırılır. Reqlamentə əsasən yarışda 4 kollektivin iştirakı nəzərdə tutulub.
Təqvimi Sizə təqdim edirik:
25.04.2022
½ final
1-ci oyun: “İdmançılar” komandası – “İdman jurnalistləri” komandası (11:00)
2-ci oyun: “Autizm” komandası – “Məşhurlar” komandası (11:00)
QEYD: Oyunların müddəti 20 dəqiqədir. 3-cü yer uğurunda qarşılaşma saat 11:30-da, Final isə 12:00-da başlayacaq. Daha sonra qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.
Xatırladaq ki, aprelin 28-i Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi , Paşa Holdingin sponsorluğu ilə II Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində təşkil olunan tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.
Autizmin fərqindəyik, onların yanındayıq.