2 fevral 2026. Bazar ertəsi

Nəbiyevin komandası səfərdən 1 xalla döndü


Nəbiyevin komandası səfərdən 1 xalla döndü
Futbol üzrə Çexiya 2-ci divizionunda 25-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Xrudim”in qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 46-ci dəqiqədə meydana buraxılıb.
 
“Viktoriya” 25 turdan sonra 13 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO