Futbol üzrə Qazaxıstan çempionatında 7-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv səfərdə “Kayrat”ın qonağı olub. Futbolçumuzun komandası bu oyunda minimal hesabla qələbə qazanıb – 1:0.
Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Cari mövsümdə ilk qələbəsini qazanan “Turan” 7 turdan sonra 6 xalla 14 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.