"Sabah”ın yarımmüdafiəçisi Şakir Seyidov Latviyanın “Dauqavpils” komandasında debüt edib. Corner.az xəbər verir ki, 21 yaşlı futbolçu Latviya çempionatının 8-ci turu çərçivəsində baş tutan “Metta” ilə oyunun iştirakçısı olub.
“Dauqavpils” doğma meydanda bu rəqiblə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Seyidov bu görüşün 77-ci dəqiqəsində meydana buraxılıb.
Bildirək ki, “Dauqavpils” Şakiri bir neçə gün öncə “Sabah”dan icarə əsasında heyətinə qatmışdı. Bu komandanın uğurları üçün çalışan “Neftçi”dən icarəyə götürülmüş Asim Əlizadə də çıxış edir. O da bu görüşdə matçın 64-cü dəqiqəsində meydana buraxılıb.
“Dauqavpils” 8 turdan sonra 12 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.