27 mart 2026. Cümə

Paraqvay klubu penaltini dəqiq vura bilməyən futbolçusunu qovdu - VİDEO


Paraqvay klubu penaltini dəqiq vura bilməyən futbolçusunu qovdu - VİDEO

Paraqvayın “İndependyente” klubu penaltini dəqiq yerinə yetirə bilməyən futbolçusu Bendriks Parranı qovub.

Corner.az goal.com-a istinadən xəbər verir ki, 27 yaşlı venesuelalı futbolçu Cənubi Amerika Kubokunda Kolumbiya “La Ekidad”ı ilə oyunda penalti seriyası zamanı “Panenka” zərbəsinin güdazına gedib.

Rəqib qapıçı onun vuruşunu asanlıqla dəf edib və Kampo-Qrade təmsilçisi 3:4 hesabı ilə uduzub. Bundan sonra klub Parra ilə müqaviləyə xitam verib.







Xəbər news