25 oktyabr 2024. Cümə

Trabzonspor azarkeşləri Şuşa'da - VİDEO


Trabzonspor azarkeşləri Şuşa'da  - VİDEO

"Trabzonspor" klubunun azarkeşləri Türkiyə Super Liqasında "Antalyaspor"a qarşı keçirəcəkləri 35-ci tur oyunundan əvvəl Şuşaya səfər edib.

Corner.az-ın məlumatına görə, tərəfdarlar Şuşa qalasının qarşısında klubun nəhəng bayrağını açıblar.

Fanatlar Qara dəniz təmsilçisinin məşhur ifadəsi olan "Bizə hər yer Trabzon" şüarını səsləndiriblər.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək "Trabzonspor" - "Antalyaspor" matçı Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Meydan sahibləri rəqibinə uduzmasa, çempionluğu təmin edəcək.







Xəbər news