25 oktyabr 2024. Cümə

Krivotsyukun komandasından səfər qələbəsi


Krivotsyukun komandasından səfər qələbəsi
Futbol üzrə Polşa çempionatında 30-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Krakov “Visla”sının qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:3.
 
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Sarı vərəqə limitini keçdiyi üçün cəzalı durumda olan millimizin müdafiəçisi bu oyunu buraxmaq məcburiyyətində qalıb.
 
Plotsk “Visla”sı 30 turdan sonra 45 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.






Xəbər news