2 fevral 2026. Bazar ertəsi

Prezident seçkilərində Mbappe'yə ses verdilər


Prezident seçkilərində Mbappe'yə ses verdilər
Fransada prezidentliyə seçkilərin ikinci turunda maraqlı hadisə baş verib. Corner.az xəbər verir ki, seçicilərdən 10-u Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappeyə verib.
 
Bu barədə “Estrepublicain” nəşri məlumat yayıb. Məlumatda, hadisənin təxminən 400 nəfərin yaşadığı kiçik Talne kommunasında baş verdiyi vurğulanıb. 23 yaşlı futbolçunun adının yazıldığı bülletenlərin keyfiyyətli olması aksiyanın əvvəlcədən planlaşdırıldığını göstərir.
 
Mbappenin adı namizədlər siyahısında olmadığı üçün seçilərin səsi hesablama zamanı nəzərə alınmayıb.
 
Xatırladaq ki, Fransada prezidentliyə seçkilərin birinci turunda da seçicilərdən biri Fransa millisinin və “Real”ın futbolçusu Kərim Benzemaya səs vermişdi. Həmin hadisə isə Rube kommunasında qeydə alınmışdı.
 
Sonda nəticə olaraq, Fransada Emmanuel Makron ardıcıl ikinci dəfə ölkə prezidenti seçilib.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO