23 mart 2026. Bazar ertəsi

Borussiya Dortmund Ukrayna klubuna uduzdu


Borussiya Dortmund Ukrayna klubuna uduzdu
Almaniyanın “Borussiya” (Dortmund) və Ukraynanın “Dinamo” (Kiyev) komandaları arasında xeyriyyə oyunu keçirilib. Corner.az xəbər verir ki, “Siqnal İduna Park” stadionunda keçirilən görüş məhsuldar alınıb.
 
Beş qolun qeydə alındığı matçda Kiyev təmsilçisi çətin qələbə qazanıb.
 
Oyunun start fitindən öncə Ukraynadakı müharibə səbəbindən dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Bilet satışından əldə edilən bütün gəlir müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.
 
Xatırladaq ki, ölkədə müharibə şəraiti davam etdiyindən bu gün Ukrayna Premyer Liqasında mövsüm vaxtından əvvəl başa çatdırılıb. Lider Donetsk “Şaxtyor”u çempion elan olunub. İkinci pillədəki “Dinamo” isə gümüş medala layiq görülüb.
 
Yoxlama oyunu
26 aprel
 
Borussiya (Dortmund) - Dinamo (Kiyev) 2:3
Qol: Bayno-Qittens, 4. Rote, 65 - Buyalski, 9. Vanat, 11; 35.






Xəbər news