5 dekabr 2025. Cümə

Messi Mbappe'yə qarşı - Qızıl buts kimin olacaq?


Messi Mbappe'yə qarşı - Qızıl buts kimin olacaq?

Avropanın aparıcı futbol ölkələrində çempinlar bəlli olmaqdadı.

Corner.az xəbər verir ki, mövsümün sonu yaxınlaşdıqca “Qızıl buts” mükafatı uğrunda mübarizə də qızışır.

Hazırda bu siyahıda “Barcelona”nın ulduzu Lionel Messinin liderliyi davam edir. Kylian Mbappe (PSG) ondan cəmi 3 qol geri qalır. Üçüncü pillədə qərarlaşan “Sampdoria”nın təcrübəli forvardı Fabio Kvalyarellanın hesabında isə 22 qol var.

“Qızıl buts”u qazanmağa yenə əsas namizəd göstərilən Messi ötən mövsüm 34 qolla karyerasında 5-ci dəfə bu mükafata sahib çıxmışdı. O, 2009/10, 2011/12, 2012/13 və 2016/17 mövsümlərində də Avropada bombardir adını qazanmışdı.

Cari mövsümdə isə onu bu mükafatdan edəcək yeganə rəqib kimi Mbappeni göstərmək olar. Son turda het-trikə imza atan fransalı futbolçunu qarşıda daha beş oyun gözləyir. İspaniyada isə mövsümün sonuna 4 tur qalıb. Üstəlik, məşqçilər korpusu Messini digər turnirlər üçün qorumağa da çalışırlar.(komanda)

  1. Lionel Messi (Barcelona) – 33 qol (66 xal)
  2. Kylian Mbappe (PSG) – 30 (60)
  3. Fabio Kvalyarella (Sampdoria) – 22 (44)
  4. Mbaye Diagne (Kasımpaşa/Galatasaray) – 28 (42)
  5. Luis Suares (Barcelona) – 21 (42)
  6. Robert Lewandowski (Bayern Munich) – 21 (42)
  7. K.Piatek (Genoa/Milan) – 21 (42)
  8. Kərim Benzema (Rea Madridl) 21 (42)
  9. Duvan Sapata (Atalanta) – 21 (42)
  10. Luk de Jong (PSV) – 27 (40.5)
  11. Cristiano Ronaldo (Juventus) – 19 (38)
  12. Sergio Aguero (Manchester City) – 19 (38)
  13. Məhəmməd Salah (Liverpool) – 19 (38)
  14. Nicolas Pepe (Lille) – 19 (38)
  15. Pier-Emerick Aubameyang (Arsenal) – 19 (38)






Xəbər news