27 may 2026. Çərşənbə

Əsgərovun komandası yenə uduzdu


Əsgərovun komandası yenə uduzdu
Futbol üzrə Latviya çempionatında 9-cu turun oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Metta”nı qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
 
“Super Nova” 9 turdan sonra 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı