6 dekabr 2025. Şənbə

Əliyar Ağayev Panatinaikos'un oyununa təyinat aldı


Əliyar Ağayev Panatinaikos'un oyununa təyinat aldı
Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb. Corner.az xəbər verir ki, o, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, “Panatinaikos” və “Aris” komandaları arasındakı oyunu idarə edəcək.
 
Çempionluq qrupunun 6-cı turu çərçivəsində baş tutacaq bu oyunda Əliyar Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
 
Mayın 1-də keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.






Xəbər news