Zaqreb “Dinamo”sunun şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatının 33-cü turu çərçivəsində keçiriləcək “Lokomotiva” ilə matçda iştirak edə bilər. Corner.az xəbər verir ki, klubun bu oyun üçün hazırladığı və sosial şəbəkə hesablarında paylaşdığı posterdə 24 yaşlı hücumçunun şəkli yer alıb.
Çiynindən zədələnən və Kiyev “Dinamo”su ilə xeyriyyə görüşündə çıxış etməyən Mahirin bu gündən məşqlərə başlayacağı gözlənilir. O, matç günü çiynində ağrı hiss etməsə, böyük ehtimalla “Lokomotiva”ya qarşı oynayacaq.
Qeyd edək ki, mayın 1-də keçiriləcək Zaqreb derbisinə Bakı vaxt ilə saat 21:05-də start veriləcək.