- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan millisinin və "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emrelinin "Lokomotiva"ya qarşı Xorvatiya I Liqasının 33-cü tur matçında meydana çıxması sual altındadır.
Corner.az-ın məlumatına görə, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç oyundan öncə keçirilmiş mətbuat konfransında açıqlama verib.
68 yaşlı mütəxəssis bildirib ki, digər zədəlilərin durumunun yaxşıdı: "Son məşqdən sonra kimlərin start heyətində olacağı dəqiqləşəcək. Uşaqlar çalışırlar. Bu. fərqli oyun olacaq. Rəqib meydana yüksək motivasiya ilə çıxacaq".
Bu gün keçiriləcək "Lokomotiva" - "Dinamo" oyunu Bakı vaxtı ilə saat 21:05-də başlayacaq.
Qeyd edək ki, Mahir Emreli "Qoritsa"ya 1:0 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda çiynindən zədələnib.