5 dekabr 2025. Cümə

Zidandan Barcelonaya atmaca


Zidandan Barcelonaya atmaca

“Real Madrid”in baş məşqçisi Zinəddin Zidan  La Liqanın 34-cü turunda “Getafe” ilə oyun öncəsi mətbuat konfransında əzəli rəqibləri olan “Barcelona” ilə bağlı maraqlı açıqlama verib.

Corner.az İspaniya mətbuatına istinadən məlumat verir ki, fransalı mütəxəssis jurnalistin Kataloniya klubunun son illər uğurlu çıxış etməsi haqda dediyi sözlərə belə cavab verib:“Biz La Liqanı 33 dəfə qazanmışıq. “Barcelona” neçə dəfə çempion olub? Son illərdə uğurlu çıxış etmələri həqiqətdir, bunu qəbul edib, onları təbrik etməliyik. Ancaq saylar üzərindən danışsaq, ən çox kubok qazanan bizik”.

Qeyd edək ki, "Barcelona" 25 dəfə La Liqa çempionu olub.







Xəbər news