27 noyabr 2024. Çərşənbə

Qattuzo 10 min avroya görə ilbizi diri-diri uddu


Qattuzo 10 min avroya görə ilbizi diri-diri uddu

"Yuventus”un keçmiş baş məşqçisi Andrea Pirlo keçmiş komanda yoldaşı Cennaro Qattuzo ilə bağlı maraqlı açıqlama verib.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı keçmiş futbolçu “Milan”da çıxış etdiyi zaman komanda yoldaşı Cennaro Qattuzo ilə maraqlı bir mərcə girdiklərini söyləyib. Pirlo hadisənin 2007-ci ildə baş verdiyini bildirib:

“Bir dəfə mərcə girdik. Qabıqsız çox böyük olan ilbizləri bilirsiz? Biz Cennaroya ilbizi diri-diri yeməyi təklif etdik. Əvəzində isə ona 10 min avro verəcəkdik. O da ilbizi götürüb uddu. Daha sonra sonra hamımızı öldürmək üçün üstümüzə hücum çəkdi”.

Qattuzo 1999-2012, Pirlo isə 2001-2011-ci illərdə “Milan”ın formasını geyinib.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir