Futbol üzrə Latviya çempionatında 10-cu turun oyunları keçirilir. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Tukums 2000”in qonağı olub. Futbolçularımızın komandası bu oyunda minimal hesablı qələbə qazanıb.
Şakir də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqəsində meydana buraxılıb. Asim isə sonadək ehtiyatda qalıb.
“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb.
“Dauqavpils” 10 turdan sonra 15 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.