Futbol üzrə Qazaxıstan çempionatında 9-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv səfərdə “Astana”nın qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 3:3.
Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi matçı sonunadək ehtiyatda qalıb.
“Turan” 9 turdan sonra 8 xalla 14 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.