Futbol üzrə Çexiya 2-ci divizionunda 27-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Jihlava”nın qonağı olub. Jijkov təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib- 3:4.
Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Viktoriya” 27 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Komandanın mövsümün sonunda aşağı liqaya düşəcəyi artıq dəqiqləşib.