- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununu idarə edib.
Corner.az xəbər verir ki, 34 yaşlı baş hakim Super Liqanın çempionluq qrupunun 6-cı turunda keçirilən “Panatinaikos” – "Aris" matçının baş hakimi olub.
Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərib. "Panatinaikos"un 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Ağayev 45-ci dəqiqədə "Aris"in oyunçusu Abubakar Kamaraya ikinci sarı vərəqəni göstərərək meydandan qovub. O, futbolçuları 6 sarı vərəqə ilə də cəzalandırıb.
Qələbə sayəsində xallarının sayını 54-ə çatdıran Afina təmsilçisi 3-cü pilləyə yüksəlib. 53 xala malik "Aris" isə 4-cü sıraya enib.