12 may 2026. Çərşənbə axşamı

Əsgərovun komandasından ardıcıl 3-cü məğlubiyyət


Əsgərovun komandasından ardıcıl 3-cü məğlubiyyət
Futbol üzrə Latviya çempionatında 10-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Liepaya”nı qəbul edib. Əsgərovun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:3.
 
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
 
“Super Nova” 9 turdan sonra 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı