25 oktyabr 2024. Cümə

Messinin forması hərracda 400 min avroya satıldı


Messinin forması hərracda 400 min avroya satıldı

Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin karyerasında 500-cü qolunu vurarkən geyindiyi forma hərracda satılıb.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, adı açıqlanmayan alıcı geyim dəsti üçün təqribən 400 000 avro ödəyib.

34 yaşlı hücumçu yubiley qoluna 2017-ci ilin aprelində - İspaniya "Barselona"sında çıxış edərkən imza atıb. Argentinalı futbolçu "Real Madrid"i 3:2 hesabı ilə məğlub etdikləri La Liqa matçında fərqlənib. Həmin qarşılaşmada dubla imza atan ulduz futbolçunun ikinci qolu 500-cü olub.

Messi qoldan sonra formasını çıxararaq, Madrid azarkeşlərinə nümayiş etdirib.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında "Barselona"nı PSJ-yə dəyişib.







Xəbər news