25 oktyabr 2024. Cümə

Lippi favoritini açıqladı


Lippi favoritini açıqladı
İtaliya yığmasının sabiq baş məşqçisi Marçello Lippi A Seriyasında çempionluq uğrunda mübarizə haqqında fikirlərini bölüşüb. Corner.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 74 yaşlı keçmiş mütəxsəssis, cari mövsümdə İtaliya çempionluğunu “Milan”ın qazanacağına inandığını bildirib:
 
“Son iki ayda “İnter”in çempion ola biləcəyini düşünürdüm. Onlar favorit və daha qəzəbli görünürdülər ancaq Bolonyadakı matça qədər. İndi “Milan”ın üstünlüyü daha çox var. Düşünürəm ki, çempionluq mübarizəsində “Milan” qalib gələcək. Mən bu komandanın baş məşqçisi Stefano Piolini oyununu bəyənirəm. O, əla təşkilatçılığı olan məşqçidir. Komandaya rahatlıq verir, müəyyən dərəcədə oxşarlığımız var.
 
“İnter”in köhnə futbol oynadığını düşünmürəm. Simone İnzaqi resurslarını yaxşı idarə edir. O, “Bolonya” ilə oyunda səhvlərə yol verdi”.






Xəbər news