2 fevral 2026. Bazar ertəsi

Rusiyada qalanlar kişilərdir - Ayaz Quliyev


Rusiyada qalanlar kişilərdir - Ayaz Quliyev
Tula “Arsenal”ının azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev legionerlərin Rusiya Premyer Liqasını tərk etməsi ilə bağlı fikirlərini bölüşüb. Corner.az “İzvestiya”ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, Rusiyanı tərk etməyən “kişi”di deyə bildirib:
 
“Bu barədə heç nə deməyəcəm. Nə vaxtsa bir-birimizi görsəydik, o zaman hamı bir-biri ilə danışardı: nə, necə, niyə? Rusiyada qalanlar isə hər halda, kişilərdir. Başqa nə demək olar? Yalan danışmayacam: Zuriko Davitaşvili (gürcüstanlı futbolçu) komanda ilə vidalaşmadı”.
 
Quliyev Moskva “Spartak”ının yetirməsidir. O, bu mövsüm 23 oyun keçirib, 1 məhsuldar ötürmə edib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO