Çempionlar Liqasının finalının səfiri Rober Pires yarımfinal mərhələsinin “Real” – “Mançester Siti” cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb. Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, 48 yaşlı keçmiş futbolçu ilk oyunun çox maraqlı keçdiyini deyib:
“İlk matçı çox bəyəndim. Çox yüksək səviyyədə oyun idi. Hər iki komanda oxşar gücə sahibdir. Hər ikisinin bəzən problemləri olur. Bu oyunu izləmək çox maraqlı olacaq. Mən həmişə 0:0 yox, 4:3 hesabı ilə bitən matça üstünlük verərdim”
İlk görüşdə “Mançester Siti” “Real”a 4:3 hesabı ilə qalib gəlib. Cavab oyunu bu gün, saat 23:00-da Madriddə başlayacaq.