- Xəbər news
- 15:12 27.11.2025
Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Corner.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" klubu bu gün Rusiya Premyer Liqasında növbəti oyununu keçirib..Samara təmsilçisi 25-ci turda doğma meydanda "Ural"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0.
Meydana start heyətdə çıxan Şeydayev sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Krılya Sovetov" 25 turdan sonra 27 xalla 13-cü pillədə qərarlaşıb.