26 noyabr 2024. Çərşənbə axşamı

Futbol oyunlarının vaxtını 60 dəqiqə ola bilər


Futbol oyunlarının vaxtını 60 dəqiqə ola bilər

UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FIFA oyunların vaxtını 60 dəqiqəyə endirməyi planlaşdırır.

Corner.az "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə tanınmış referi Mark Klattenburq bildirib.

O, "xalis oyun vaxtı"nın tətbiqi variantının da nəzərdən keçirildiyini bildirib: "Hakimlər oyunda dayanmaların mübahisəli məsələ olduğunu bilirlər. Qalib komanda sonda az, məğlub tərəf isə daha çox vaxt tələb edir. Düşünürəm ki, bunun həll yolu "xalis oyun vaxtı"nı tətbiq etmək və matçları 60 dəqiqə etməkdir. Kollina, FIFA və IFAB hazırda bu ideyanın üzərində işləyir. Bu sistem basketbolda var. Futbolda da tətbiq oluna bilər".

Klattenburq bu sistemdə top kənarda olanda, futbolçular zədələnəndə və hakimlərlə söhbət edəndə görüşün vaxtı dayandırılacağını da vurğulayıb: "Beləliklə, hər qarşılaşmanın müddəti sabitlənəcək və vaxt məsələsindəki ziddiyətdən xilas olacağıq".







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir