Futbol üzrə Latviya çempionatında 11-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv səfərdə “Auda”nın qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:4.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
“Super Nova” 11 turdan sonra 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.