26 noyabr 2024. Çərşənbə axşamı

Avrokubok uğrunda mübarizəni davam etdirmək vacibdir


Avrokubok uğrunda mübarizəni davam etdirmək vacibdir

"Yenidən qalib gəlmək və avrokubok uğrunda mübarizəni davam etdirmək vacibdir".

Corner.az-ın məlumatına görə, bunu "Qəbələ"nin braziliyalı futbolçusu Rafael Utziq "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunu barədə "Terra" nəşrinə açıqlamasında deyib.

Qarşılaşmada ikinci qolu vuran 25 yaşlı hücumçu UEFA Konfrans Liqasına vəsiqə qazanmaq istədiklərini bildirib: "Bu, komandam üçün önəmli qol idi. Artıq bütün diqqətimizi son 3 qarşılaşmaya yönəltmişik".

Qeyd edək ki, "Qəbələ" 38 xalla 4-cü pillədə qərarlaşıb. Komanda növbəti 3 matçını "Neftçi", "Şamaxı" və "Sabah"a qarşı keçirəcək.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir