5 dekabr 2025. Cümə

Bura çox heyrətamizdir, Azərbaycan Qran-prisinə mütləq baxacağam - Qarabağ'ın qapıçısı


Bura çox heyrətamizdir, Azərbaycan Qran-prisinə mütləq baxacağam - Qarabağ'ın qapıçısı

“Qarabağ”ın qapıçısı Vagner da Silva “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisini yaşadığı mənzilin pəncərəsindən izləyəcək.

Corner.az xəbər verir ki, braziliyalı qolkiperin yaşadığı "Port Baku"dan avtomobillərin 340 km/saat sürətlə ötüşməsini izləmək mümkündür. Bu barədə 33 yaşlı oyunçu yarışla bağlı təəssüratlarını “GloboSport” portalına bölüşərkən bildirib. O, həyatında ilk dəfə “Formula 1”i canlı izləyəcəyini söyləyib. Vagnerin sözlərinə görə, yolların bağlı olmasına görə narahatlıqdan savayı hər şey əladır: "İşçilər konstruksiyaları çox tez quraşdırırlar. Bura çox heyrətamizdir. Sərbəst yürüşləri izləyə bilməyəcəm, amma bazar yarışa mütləq baxacağam”.

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq. Bu gün iki sərbəst yürüş, aprelin 27-də bir sərbəst yürüş və sıralama turu baş tutacaq.







Xəbər news