25 oktyabr 2024. Cümə

Ronaldo Real'da daha yaxşı idi


Ronaldo Real'da daha yaxşı idi

"Barselona”nın müdafiəçisi Jerar Pike “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə bağlı danışıb.

Corner.az “Sky Sports”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Ronaldonun mərkəz hücumçusu mövqeyində daha effektli çıxış etdiyini bildirib:

“Düşünürəm ki, Ronaldo “Mançester Yunayted”də daha çox cinah oyunçusu kimi oynamaq, çıxış etmək istəyir.

“Real”da isə o, mərkəz hücumçusu kimi oynayırdı. Ronaldo İspaniyada daha çoxlu qollar vurdu və Çempionlar Liqasında, La Liqada kubokların qazanılmasında mühüm rol oynadı.

Seçmək çətindir. Amma düşünürəm ki, Ronaldo daha çox kubok qazandığı “Real”da daha yaxşı  idi”.

Bildirək ki, Pike 2004-2008, Ronaldo isə 2003-2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib.







Xəbər news