Futbol üzrə Çexiya 2-ci divizionunda 28-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Prosteyov”u qəbul edib. Nəbiyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Viktoriya” 28 turdan sonra 12 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.