Futbol üzrə Xorvatiya çempionatında 34-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Osiyek”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda 3:0 hesablı qələbə qazanıb.
Mahir bu görüşdə iştirak etməyib. 25 yaşlı futbolçu sonadək ehtiyatda qalıb.
“Dinamo” 34 oyuna topladığı 73 xalla hazırda 10 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.