"Sabah”ın U-11 komandası Gürcüstanın Batumi şəhərində təşkil edilən “Shota Cup 2022” turnirində iştirak edib. Corner.az xəbər verir ki, U-11 qrupda keçirdiyi ilk oyunda yerli “Tbilisi 35” komandasına məğlub olub (1:2).
Digər görüşlərində qalib gələn “Sabah” qrup mərhələsini ikinci pillədə başa vurub. Qrup ikincilərinin üz-üzə gəldiyi “Golden League” matçında “Saburtalo” ilə qarşılaşan təmsilçimiz qolsuz heç-heçə başa çatan görüşün penaltilər seriyasında məğlub olaraq (2:4), yarışı ikinci pillədə başa vurub.
“Sabah”ın qapıçısı Hüseyn Zeynalov turnirin ən yaxşı qolkiperi seçilib.
“Shota Cup 2022”-nin “Brilliant League” matçının qalibi isə ölkəmizin turnirdəki digər təmsilçisi “Vətən” olub.
“Sabah”ın “Shota Cup 2022”-də keçirdiyi bütün oyunlar:
“Sabah” – “Tbilisi 35” 1:2
Qol: Həsən Ramazanov.
“Sabah” – “Ekzos” 7:0
Qollar: Həsən Ramazanov (2), Rasim Cavadov (2), Ülvi Əlizadə, Murad Məmmədzadə, Əli Hacıyev.
“Sabah” – “Rustavi” 5:0
Qollar: Həsən Ramazanov (2), Ülvi Əlizadə (2), Murad Məmmədzadə.
“Sabah” – “Champions Tbilisi” 5:1
Qollar: Murad Məmmədzadə (2), Ülvi Əlizadə, Həsən Ramazanov, Əli Hacıyev.
Golden League
“Sabah” – “Saburtalo” 0:0 pen-2:4