Futbol üzrə Latviya çempionatında 12-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Valmiera”nın qonağı olub. Futbolçularımızın komandası bu oyunda 0:1 hesablı məğlubiyyətə üzülüb.
Şakir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycanlı futbolçu 65-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Asim isə sonadək ehtiyatda qalıb.
“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb. Sözügedən komanda 12 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.