13 may 2026. Çərşənbə

Əsgərovun komandası Riqa'ya da uduzdu


Əsgərovun komandası Riqa'ya da uduzdu
Futbol üzrə Latviya çempionatında 12-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Riqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:4.
 
Vüqar bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Super Nova” 12 turdan sonra 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı