“Roma”nın baş məşqçisi Joze Mourinyo 2021-ci ilin aprelində “Tottenhem”dən qovulması haqda danışıb. Corner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis London klubundan göndərilməsini “qəribə qovulma” olduğunu və münasibətə layiq olmadığını bildirib:
“Mən karyeramda və həyatımda yetkinlik yaşına çatmışam və heç bir kin saxlamıram. Mən sadəcə olaraq hər şeyi olduğu kimi qəbul etməyə çalışıram.İndi karyeramda və həyatımda pis hisslər keçirmədiyim bir mərhələdəyəm. Bəli, pis təsir etdi lakin peşman deyiləm. "Tottenham"da çoxlu gözəl insanlar var və onlara ən yaxşısını arzulayıram. Hətta klub prezidenti cənab Leviyə də.Düşünürəm ki, karyerası və tarixi olan bir insan üçün belə münasibət qəribə idi.
Bu “qəribə qovulma" sonda mənim üçün Romaya qapıları açdı və mən çox razıyam. Mən burada sevilirəm. Buranın insanları xoşuma gəlir. Azarkeşlər, özüm və futbolçular arasında yaranan bu empatiyada özümü çox yaxşı hiss edirəm. Mən burada çox xoşbəxtəm”.