13 may 2026. Çərşənbə

UEFA yeni turnir təsis edir


UEFA yeni turnir təsis edir

UEFA Avropa futboluna daha bir yenilik gətirməyə hazırlaşır.

Corner.az "Associated Press"ə istinadən xəbər verir ki, qurum 2024/2025 mövsümündən etibarən klubların yeni mövsümə hazırlığı ilə bağlı mini-turnir keçirməyi planlaşdırır.

ABŞ-da təşkili nəzərdə tutulan turnirin daha çox gəlir gətirəcəyi ehtimal edilir. UEFA sponsorluq üçün "Relevent Sports"la anlaşmaq istəyir. Şirkət 2013-cü ildən yeni mövsüm öncəsi fərqli ölkələrdə keçirilən Beynəlxalq Çempionlar Turunun da əsas sponsorlarından biridir.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı