23 mart 2026. Bazar ertəsi

Nəbiyevli Viktoriya səfərdən xalsız döndü


Nəbiyevli Viktoriya səfərdən xalsız döndü
Futbol üzrə Çexiya 2-ci divizionunda 29-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Mas Taborsko"nun qonağı olub. Jijkov təmsilçisi bu oyunda minimal hesablı məğlubiyyətlə üzləşib– 0:1.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, bu görüşün 75-ci dəqiqəsində meydana buraxılıb.
 
“Viktoriya” 29 turdan sonra 15 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Xəbər news