“Barselona”nın müdafiəçisi Jerard Pike PSJ-nin hücumçusu Lionel Messi haqda danışıb. Corner.az xəbər verir ki, ispaniyalı futbolçu Messinin Pep Qvardiolanın dövründə “Barselona”nın Tanrısı olduğunu bildirib.
“Həmişə deyirdim ki, Leo kuboklar qazanmaq üçün lazımdır. O, bu komandanın əsas oyunçusu idi. Mənim üçün Messi tarixin ən yaxşı futbolçusudır. Karyerasının sonuna qədər “Barselona”da qalsa, əla olardı. Amma nə baş verdiyini başa düşürəm. Əvvəlki prezident və onun idarəçilik təcrübələri səbəbindən klubun böyük iqtisadi problemləri var idi. Amma yenə də belə şeylər olur. Messi “Barselona” və azarkeşlər üçün Tanrı kimi idi” – deyə, 35 yaşlı futbolçu əlavə edib.
Xatırladaq ki, Messi 2021-ci ilin yayında “Barselona”dan PSJ-yə keçmişdi. Bu mövsüm argentinalı hücumçu bütün turnirlərdə 32 matçda 9 qol vurub, 13 məhsuldar ötürmə ilə yadda qalıb.