İtaliya yığmasının və “Yuventus”un sabiq futbolçusu Roberto Baccio futbolla maraqlanmır. Corner.az xəbər verir ki, 55 yaşlı keçmiş ulduz futbolçu bu haqda “La Repubblica” nəşrinə verdiyi açıqlamada danışıb:
“Mən artıq futbolla maraqlanmıram. İnsanlar bunun qəribə olduğunu düşünür, amma mənim günahım nədir? Futbolsuz xoşbəxt yaşayanlar məğlub olanlardı?
Heç bir matçlara baxmıram, artıq onlar məni cəlb etmir. Həm də, başqalarını mühakimə etməyi sevmirəm. Keçmiş komanda yoldaşlarımın müəllim kimi danışdıqlarını görürəm. Amma yadımdadır ki, onlar əlləri ilə də keçə bilmirdilər.
Özüm üçün görməli başqa işlər tapdım. Odun doğrayıram, traktorla sahədə işləyirəm və gecələr o qədər yorğun oluram ki, başım gicəllənir”.