Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanda futbol matçına təyinat alıb. Corner.az xəbər verir ki, o, Yunanıstanın 2-ci Super Liqasının final oyununu idarə edəcək.
“Levadiakos” və "Veriya" komandaları arasındakı cavab matçı 35 yaşlı baş hakimə həvalə olunub. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Qarşılaşma mayın 15-də keçiriləcək. “Veriya”nın meydanında baş tutan ilk oyunda “Levadiakos” 1:0 hesablı qələbə qazanıb. Qalib komanda Super Liqaya vəsiqə qazanacaq.