25 oktyabr 2024. Cümə

Balayev üçün uğursuz debüt


Balayev üçün uğursuz debüt

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstan “Turan”ında rəsmi debüt edib.

Corner.az xəbər verir ki, o, Qazaxıstan Premyer Liqasının 11-ci turunda keçirilən “Aksu” ilə səfər matçında meydana çıxıb.

Balayevin komandası bu oyunda 0:2 hesabı ilə məğlub olub. Emil start heyətdə meydana çıxıb və 90 dəqiqə qapını qoruyub.

Yığmamızın qapıçısı yeni komandasında debüt oyununa çıxıb.

Türküstan təmsilçisi ölkə çempionatında 11 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.







Xəbər news