- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Portuqaliya çempionatında mövsümün sonuncusu 34-cü turun oyunları keçirilib .
Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da sonuncu matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Boavişta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Renat da bu görüşün iştirakçısı olub. O, 59-cu dəqiqədə meydana buraxılıb.
“Tondela” 34 turda topladığı 28 xalla 18 kollektiv arasında 17-ci yeri tutub və aşağı liqaya düşüb. Millimizin hücumçusu geridə qalan mövsümdə Portuqaliya çempionatında meydana çıxdığı 30 oyunda cəmi 2 qol vurub.