- Xəbər news
- 22:34 14.11.2024
UEFA prezidenti Aleksander Çeferin Rusiya Futbol İttifaqının (RFU) Asiya Futbol Konfederasiyasına mümkün keçidini Rusiya futbolunu 100 il geriyə aparacağını hesab edir.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, sloveniyalı funksioner, bu ideyanın hansısa siyasətçidən gəldiyinə inandığını bildirib:
“Bu fikir RFU-dan deyil, hansısa siyasətçidən gəlir. İnanıram ki, bu baş verərsə, Rusiya futbolu 100 il geriyə düşəcək”.
Bildirək ki, daha əvvəl Rusiyanın Asiya Futbol Konfederasiyasına keçə biləcəyi barədə iddialar yayılmışdı.