2 fevral 2026. Bazar ertəsi

Mahir Emreli Xorvatiya çempionu oldu!


Mahir Emreli Xorvatiya çempionu oldu!

Bu gün Xorvatiya çempionatında 35-ci tura yekun vurulub.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su turun qapanış matçında səfərdə “Şibenik”in qonağı olub.

Zaqreb təmsilçisi 3 xalı 2 cavabsız qolla qazanaraq çempionluğunu sona 1 tur qalmış rəsmiləşdırib.

Xorvatiya çempionatının qızıl medallarını qazanan Emreli bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Dinamo” tarixində 23-cü dəfə ölkə çempionu olub.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO