26 noyabr 2024. Çərşənbə axşamı

Uşaqlıqda arzuladığım hücumçu oldum


Uşaqlıqda arzuladığım hücumçu oldum
“Çox xoşbəxtəm. Bu, mənim qürur səbəbimdir. Bu mükafatı qazanmaq çətindir, çünki buna layiq xeyli oyunçu var”. Corner.az xəbər verir ki, bu sözlər “Real”ın hücumçusu Kərim Benzema aiddi. 
 
Fransa Futbol İttifaqının seçiminə əsasən, ən yaxşı fransız oyunçu seçilən Benzema hədəfinin “Qızıl top” mükafatına sahib olmaq olduğunu bildirib:  “Uşaqlıqda arzuladığım hücumçuya çevrildim? Məncə, bəli. Statistika mənim üçün ən vacib şey deyil. Çalışıram ki, komandaya mümkün qədər çox qol vurmağa kömək edim. Əlbəttə, “Qızıl top”u arzulayıram, amma komandanın maraqlarını öz maraqlarımdan üstün tutsam, onu əldə edəcəm”.
 
Qeyd edək ki, Benzema bu mövsüm bütün turnirlərdə 44 oyunda 44 qol vurub və 15 məhsuldar ötürmə edib.  






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir