25 oktyabr 2024. Cümə

Bu, mövsüm ərzində yaranan bir ailənin qələbəsidir


Bu, mövsüm ərzində yaranan bir ailənin qələbəsidir
"Qəbələ"nin futbolçusu Ruan Renato Konfrans Liqasına vəsiqə qazanmaları ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, braziliyalı oyunçu özünün "İnstaqram" hesabındakı paylaşımında turniri qatılmalarını belə şərh edib: "Bu mövsüm yaşadığımız unudulmaz an. Bunun bir parçası olduğum üçün çox şadam. Əvvəldən çoxları bizə inanmadı. Buna görə də ilk oyundan bu ana qədər mübarizə apardıq. Həm qələbələrdə, həm də məğlubiyyətlərdə bir yerdə olduq! Bu, mövsüm ərzində yaranmış bir ailənin qələbəsidir. Bütün çətinliklərə qalib gəldik və məqsədimizə çatdıq! 
 
Mən hər kəsi təbrik etmək istəyirəm, təkcə meydançada olanları deyil, zədələnənləri, ehtiyat oyunçular skamyasında olan, lakin heç vaxt bizə dəstəyini dayandırmayanları, masajçıları, sürücüləri, həkimləri, aşpazları, texniki komitəmizi, idarə heyətimizi. Məğlub olduğumuz zaman da bizi qucaqlayıb, bunun mümkün olduğuna inanan azarkeşlərimiz, hamımız bu nailiyyətə layiqik! Ümid edirəm ki, gələn şənbə günü stadionumuz dolu olacaq və biz mövsümün son oyununda bu nailiyyəti birlikdə qeyd edə biləcəyik!".






Xəbər news